ATƏT PA-nın komitəsi “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnaməyə düzəlişləri qəbul edib

ATƏT PA-nın komitəsi “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnaməyə düzəlişləri qəbul edib
# 01 iyul 2014 08:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında komitə sədri İsabel Santosun müəllifi olduğu “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnaməyə düzəlişlər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, İ.Santos qətnamə barədə məlumat verərək bildirib ki, hazırda ATƏT regionunda 50 milyondan çox qaçqın var və bu fəlakətli həddir.

Qətnaməyə münasibət bildirən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın hazırda 1 milyon 200 min qaçqın və məcburi köçkünü var: “Hökumət bu illər ərzində onların problemlərinin həlli üçün ciddi işlər görüb və böyük təcrübəyə malikdir. Mən istərdim ki, bu təcrübəyə ehtiyac qalmasın. Lakın konfliktlərin artması bu təcrübəyə ehtiyacı daha da artırır. Problemin həlli üçün birgə məsuliyyət müəyyən olunmalı və ağırlıqları ATƏT-in birgə çəkməsinə çalışmaq lazımdır. 1 milyon 200 min qaçqının problemləri ağır yükdür. Lakin ölkəmiz bunun öhdəsindən gəlməyə çalışıb. Lakin biz bunun 30 faizini edə bilmişik. Əslində isə konfliktlərə qarşı səylər ortaya qoyulmalıdır. Səyləri birləşdirməyin yeni mexanizmi yaradılmalıdır”.

Qətnaməyə düzəlişlər arasında Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəliş də qəbul olunub. Erməni deputat Aghvan Vardanyanın səsləndirdiyi düzəlişə əsasən, qaçqınlarla bağlı humanitar sənədlərə maneəsiz daxil olma təmin edilməlidir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR