FİFA-nın yeni prezidenti gələn il fevralın 26-da seçiləcək

FİFA-nın yeni prezidenti gələn il fevralın 26-da seçiləcək
# 21 iyul 2015 02:55 (UTC +04:00)

APA-nın “R-Sport”a istinadən verdiyi xəbərə görə, FİFA İcraiyyə Komitəsi müvafiq qərar iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.

Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə seçilsə də artıq iyulun 2-də korrupsiya qalmaqalı fonunda istefa verib.

Prezident seçkilərində namizədliyi dörd konfederasiya tərəfindən dəstəklənən UEFA rəhbəri Mişel Platininin iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR