Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 20:40 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Ə. Dəmirçizadə ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb.

Baxşızadə Gündüzün idarə etdiyi “VAZ 2107” ilə Hüseyn Məmmədovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə Hüseyn Məmmədov boğaz nahiyəsidən yüngül xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra hər iki sürücü ifadələrinin alınması üçün polis şöbəsində aparılıb.

Hadisə yerində araşdırma aparan Nərimonov Rayon Polis İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzanın əsl səbəbi hadisə yerində olan “Təhlükəsiz şəhər” kamerasına baxıldıqdan sonra məlum olacaq.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR