Paşha Bank
Bank Of Baku

Şəkidə 17 kq narkotik vasitə məhv edilib

Şəkidə 17 kq narkotik vasitə məhv edilib
# 04 iyun 2019 10:56 (UTC +04:00)

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Qoxmuq kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində  ümumi çəkisi 17 kiloqrama yaxın 215 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR