Uqandada qəbilələrarası toqquşmalar nəticəsində 96 nəfər ölüb

Uqandada qəbilələrarası toqquşmalar nəticəsində 96 nəfər ölüb
# 08 iyul 2014 23:45 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Uqanda ordusunun nümayəndəsi Ninsima Rveyuma bildirib.

Onun sözlərinə görə, Konqo Demokratik Respublika ilə sərhəddə 4 gün davam edən toqquşmalarda “hücum edənlərdən” 75 nəfər öldürülüb. Toqquşmalarda həmçinin 5 polis, 5 hərbçi və 11 mülki şəxs həlak olub, 80 nəfər həbs olunub.

Qeyd edək, “bakonzo” və “basonqora” qəbilələri arasında toqquşmalar iyulun 5-də torpaq mübahisəsi zəminində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR