Ziyafər Əsgərov: "Ermənilərin Bakıda baş verən yanğınla bağlı təəssüf hissi keçirdikləri barədə dedikləri qeyri-səmimidir"

 Ziyafər Əsgərov: "Ermənilərin Bakıda baş verən yanğınla bağlı təəssüf hissi keçirdikləri barədə dedikləri qeyri-səmimidir"
# 22 may 2015 16:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Bu yaxınlarda mətbuatdan oxudum ki guya hansısa erməni Bakıda binada baş verən yanğınla bağlı təəssüf hissi keçirdiyini, xəcalət çəkdiyini bildirib. Lakin bunlar hamısı qeyri-səmimidir".

APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, ermənilər xəcalət çəkirlərsə, 1988-ci ildən bunu etməlidirlər: "O vaxtdan Azərbaycanın əraziləri ermənilər tərəfindən işğal olunmağa başlanıb, Xocalı soyqırımı törədilib, azərbaycanlılar qırılıb. Xəcalər çəkən olsaydılar, o vaxt çəkərdilər".

Z. Əsgərov ermənilərin Bakıda keçiriləcək Avropa Oyunları zamanı Azərbaycana qarşı təxribat törədə biləcəklərini də istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR