Bu il Bakı məktəblərində I sinfə qəbul prosesi elektron sistemlə aparılacaq

Bu il Bakı məktəblərində I sinfə qəbul prosesi elektron sistemlə aparılacaq
# 06 fevral 2015 15:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu il Bakıdakı ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesi elektron sistem vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, hazırda sistem üzərində son tamamlama işləri aparılır.

BŞTİ sistemin təkmilləşməsi üçün I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.

Fevralın 5-də Bakıda yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR