FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib
# 23 avqust 2014 17:21 (UTC +04:00)

Bakı – APA. Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, “Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən, 800 m məsafədə, nəzarət olunmayan ərazidə 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR