İsveç və Rumıniyanın “Eurovision-2013” təmsilçiləri müəyyənləşib

İsveç və Rumıniyanın “Eurovision-2013” təmsilçiləri müəyyənləşib
# 12 mart 2013 10:01 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Bu ilin mayında Malmödə keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinə ev sahibliyi edəcək İsveçin şoudakı təmsilçisi müəyyənləşib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, İsveçi müsabiqədə 22 yaşlı Robin Stşernberq təmsil edəcək. O, müsabiqənin finalında “You” mahnısı ilə səhnəyə çıxacaq.

Rumıniyanı isə builki müsabiqədə müğənni Cezar “It's My Life” mahnısı ilə təmsil edəcək. O, mayın 16-da, “Eurovision-2013” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında yarışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR