Joze Manuel Barrozu Ermənistana səfər edəcək

Joze Manuel Barrozu Ermənistana səfər edəcək
# 27 noyabr 2012 19:50 (UTC +04:00)

Bakı.Anaxanım Hidayətova-APA. Noyabrın 30-da Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Ermənistana səfər edəcək.

APA-nın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, Barrozu Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, parlamentin spikeri Ovik Abramyanla və baş nazir Tiqran Sarkisyanla görüşəcək

Bundan başqa Avropa Komissiyasının sədri Avropa Demokrat Partiyasının qurultayında iştirak edəcək və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Barrozunun Yerevanda mətbuat konfransı keçirməsi də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR