Təhsil sisteminin İKT ilə təminatına dair yeni dövlət proqramı layihəsi hökumətə təqdim edilib

Təhsil sisteminin İKT ilə təminatına dair yeni dövlət proqramı layihəsi hökumətə təqdim edilib
# 27 noyabr 2012 07:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2012-ci ildə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” artıq başa çatır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, Təhsil Nazirliyi növbəti illərdə təhsil sisteminin İKT ilə təminatı ilə bağlı yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib: “Yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir. Növbəti 7 illik proqramda çoxlu yeniliklər nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR