Ermənistan parlamentinin sədri Bakıda keçiriləcək QDİƏT Parlament Məclisinin iclasına dəvət olunub

Ermənistan parlamentinin sədri Bakıda keçiriləcək QDİƏT Parlament Məclisinin iclasına dəvət olunub
# 20 noyabr 2012 12:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistan parlamentinin sədri Ovik Abramyan noyabrın 27 və 28-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirakla bağlı dəvət alıb. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə parlamentin mətbuat katibi Qoar Poqosyan bildirib.

Dəvət məktubu dünən gecə elektron poçtla göndərilib.

Mətbuat katibi həmçinin bildirib ki, O. Abramyan hazırda xaricdə məzuniyyətdədir. Tədbirdə iştirakla bağlı qərar o qayıtdıqdan sonra qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR