Rusiya xarici işlər nazirinin mayın 16-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb

Rusiya xarici işlər nazirinin mayın 16-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb
# 06 may 2015 16:45 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, rusiyalı nazirin səfəri Türkiyə tərəfinin xahişi ilə təxirə salınıb.

Qeyd edək ki, mayın 16-da Antalya şəhərində Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının keçirilməsi planlaşdırılmışdı. Lakin Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar toplantı təxirə salınıb.

Rusiyanın "İzvestiya" qəzetinə açıqlama verən diplomatik mənbə bildirib ki, Türkiyə tərəfi yeni hökumət formalaşdıqdan sonra məsələ ilə əlaqədar yenidən görüşün keçirilməsini təklif edib. Nəşrin iddiasına görə, Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının təxirə salınmasının səbəblərindən biri Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR