Neftçalada baş verən yanğında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Neftçalada baş verən yanğında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 25 yanvar 2013 07:08 (UTC +04:00)

Bakı – APA. Neftçalada ölümlə nəticələnən yanğın olub. APA-nın FHN-in saytəna istinadən verdiyi məlumata görə, Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı qamış və palçıqdan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib, 1 nəfər isə yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR