Pakistanda Üsamə bin Ladenin yerini deyən həkimin vəkili qətlə yetirilib

Pakistanda Üsamə bin Ladenin yerini deyən həkimin vəkili qətlə yetirilib
# 18 mart 2015 01:36 (UTC +04:00)

Bakı-APA. Pakistanda “Əl Qaidə” terror qruplaşmasının məhv edilmiş lideri Üsamə bin Ladenin yerini müəyyənləşdirməyə yardım etmiş pakistanlı həkimin vəkili qətlə yetirilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər Peşəvər əyalətində vəkil Samiüllah Afridinin olduğu avtomobili gülləbaran edib. Məlumata görə, öldürülən Samiüllah Afridi dörd il əvvəl Abbotabad şəhərində Üsamə bin Ladenin izinə çıxmağa yardım etmiş Şakila Afridinin dörd vəkilindən biridir.

Qeyd edək ki, Şakila Afridi terrorçularla əlaqəli olduğuna görə 33 il həbs cəzasına məhkum olunub. Samiüllah Afridi təhdidlərə görə Şakila Afridini məhkəmədə təmsil etməkdən imtina edib və ölkəni tərk etməyə məcbur olub, lakin qohumlarını görmək arzusu ilə vətəninə döndükdə qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR