Gülər Əhmədovanın oğlunun məcburi şəkildə məhkəməyə gətirilməsinə qərar verilib

Gülər Əhmədovanın oğlunun məcburi şəkildə məhkəməyə gətirilməsinə qərar verilib
# 11 oktyabr 2012 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə iş adamı Aydın Heydərovun sürücüsü işləmiş Əlirza Allahverdiyev şahid qismində ifadə verib. O, A. Heydərovun ona verdiyi iki yüz dolları Həsən Əliyev küçəsində bir nəfərə verdiyini deyib: “Həmin hadisənin üstündən çox vaxt keçdiyi üçün yaxşı xatırlamıram. Lakin bilirəm ki, qəzet redaktoru idi və Aydın Heydərov haqqında qəzetində biədəb yazılar yazırdı”.

Əvəz Zeynallı isə bildirib ki, həmin adamı birinci dəfədir, görür: “Mən ömrümdə bu adamı görməmişəm. Əlirza Allahverdiyev də pul verdiyi adamı düz-əməlli xatırlamır”.

Daha sonra Əvəz Zeynallı digər şahidlərin hansı səbəbdən məhkəməyə gəlmədiyinə aydınlıq gətirilməsini istəyib. Hakim bildirib ki, Aydın Heydərov ötən proses ifadə verib: “Aydın Heydərov ötən proses ifadə verdi. Lakin yarımçıq qalıb. İndi də xəstəxanada olduğu üçün məhkəməyə gələ bilmir. Digər şahidlərdən Tənzilə Rüstəmxanlıya məhkəməyə gəlməsi üçün çağırış vərəqəsi göndərilib, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və digər şahid Vüqar Məmmədovun barəsində isə məhkəməyə məcburi gətirilməsi üçün qərar qəbul olunub. Çünki həmin şəxsləri dəfələrlə məhkəməyə çağırmışıq gəlməyiblər. Məcburi şəkildə gətirilmələri üçün polis idarəsinə müraciət etmişik”.

Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR