Yaltada «MDB və Baltik ölkələrinin istiqraz konqresi» keçiriləcək

Yaltada «MDB və Baltik ölkələrinin istiqraz konqresi» keçiriləcək
# 17 aprel 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mayın 31-i - iyunun 1-də Yaltada (Ukrayna) «Cbonds-Congress» şirkətinin IX illik «MDB və Baltik ölkələrinin istiqraz konqresi» keçiriləcək.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, MDB və Baltik ölkələrin istiqraz konqresi regionun borc qiymətli kağızlar bazarına həsr edilmiş və hər il təşkil edilən ən böyük tədbirdir. Bu tədbir özünün aktual mövzularına və işgüzar, eləcə də qeyri-formal ünsiyyət üçün yaratdığı imkanlara görə böyük populyarlıq qazanıb.

Konqresin iki günlük proqramı çərçivəsində regionun iqtisadi perspektivləri, dövlət və korporativ istiqraz bazarları, investisiya ideyaları və strategiyaları, dövlət siyasəti və qiymətli kağızlar bazarının tənzimlənməsinə dair mövzular müzakirə ediləcək.

Ötən il konqresə Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Böyük Britaniya, Almaniya, İsveçrə və Avstriyadan 330-dan çox iştirakçı qatılıb.

Konqresdə iştirak etmək üçün rüsum 950 ABŞ dollarına bərabərdir. MDB ölkələrindən olan iştirakçılar üçün (Rusiya və Ukrayna istisna olmaqla) 500 dollar məbləğində güzəştli iştirak haqqı müəyyənləşdirilib. Tədbirdə iştirak üçün http://www.cbonds-congress.com/events/101/registration/ ünvanına daxil olaraq qeydiyyatdan keçmək mümkündür. Tədbir barədə ətraflı məlumat almaq üçün http://www.cbonds-congress.com/events/101/ ünvanına müraciət etmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR