Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində bu ölkənin turizm və idman, mədəniyyət nazirləri ilə görüşüb – FOTO

Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində bu ölkənin turizm və idman, mədəniyyət nazirləri ilə görüşüb – <font color=red>FOTO </font>
# 15 fevral 2012 15:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində İtaliyanın turizm və idman naziri Pyero Nyudi ilə görüşüb. Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Azərbaycan hökumətinin turizm sahəsinin inkişafına verdiyi prioritet əhəmiyyətə, turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlərə və İtaliya tərəfi ilə əməkdaşlığa dair həmkarına xülasə edib. O, iki ölkə arasında turizm sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədilə tərəf müqabilini Azərbaycana səfərə, bununla yanaşı 2012-ci ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə dəvət etdiyini diqqətə çatdırıb. Nazir Ə. Qarayev İtaliyanın turizm operatorlarının və turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Səfərlərin nəticəsi olaraq, digər məsələlərlə yanaşı, italyan dilində Azərbaycan turizmi ilə bağlı müxtəlif informasiya-təbliğat materiallarının nəşr etdirilməsi də nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
Nazir P.Nyudi münasib zamanda Azərbaycana səfər etməkdən məmnun olacağını, turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, turizm sahəsində təhsil istiqamətində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Həmin gün, nazir Ə.Qarayev İtaliyanın Mədəniyyət Naziri Lorentso Ornaqi ilə görüş keçirib.
Ə. Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnun olduğunu bildirib. Nazir Ə.Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycanın mədəniyyət günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək Azərbaycanın müasir incəsənət sərgisi haqqında məlumat verib. Ə. Qarayev öz həmkarını Azərbaycana səfərə dəvət edib. O, yaxın illərdə İtaliya ilə həyata keçirilməsi nəzərdə tutulan incəsənət, musiqi və kinematoqrafiya sahələrində bir sıra əməkdaşlıq layihələrinə dair icmal edib.
Nazir L.Ornaqi Romada “Azərbaycan: İpək yolu üzərində odlar yurdu” sərgisinin açılmasından məmnun olduğunu bildirib, İtaliyada Azərbaycan mədəniyyətinə xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini təsdiq edərək, bu istiqamətlərdə Azərbaycan tərəfi ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR