Azərbaycan enerji daşıyıcılarının emalı üzrə iri beynəlxalq layihələrdə iştirak edə bilər

Azərbaycan enerji daşıyıcılarının emalı üzrə iri beynəlxalq layihələrdə iştirak edə bilər
# 15 oktyabr 2012 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Avropa İttifaqı ölkələrində təbii sərvətlərin hasilat həcmi azalır və eyni zamanda istehlak artır. «APA-Economics»in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia oktyabrın 15-16-da Bakıda keçirilən VI Xəzər neft və qaz ticarət-nəqliyyat konfransında bildirib.

R.Kobia Azərbaycanın regionda vacib rolunu bildirərək bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkəti Avropaya enerji daşıyıcılarının ixracı ilə bərabər enerji daşıyıcılarının emalı üzrə iri beynəlxalq kontraktlarda iştirak edə bilər.

R.Kobia qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə ümumi neft tədarükündə payı 4%-ə bərabərdir: «Lakin ayrı-ayrı ölkələr üzrə statistika fərqlidir. Məsələn, İtaliyada neft istehlakının 14%-i Azərbaycandan həyata keçirilən idxalın payına düşür».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR