Azərbaycan Dövlət Neft Fondunun aktivləri 30 mlrd. dollara çatıb
08 fevral 2012 13:00 (UTC +04:00)
ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 451,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 257,5 mln. manat, «Şahdəniz-I» layihəsi üzrə qiymət fərqindən daxilolmalar 101,7 mln. manat, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 66,8 mln. manat, tranzit gəlirləri 7,5 mln. manat, akrhesabı ödənişlər 1,3 mln. manat, bonus ödənişləri 15,7 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,4 mln. manat təşkil edib.
Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 176,4 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində Fondun 2011-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. manat vəsait transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 140,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 200,0 mln. manat və 32,6 mln. manat vəsait ayrılıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə Neft Fondundan 15,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 161,9 mln. manat ayrılıb, 2011-ci il ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 57,1 mln. manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar xərci 749,8 mln. manat təşkil edib.
Nəticədə, 2012-ci il yanvarın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 30,9% artaraq 29,8 mlrd. ABŞ dollarına bərabər olub.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024