Ağcabədidə arxeoloji qazıntılar zamanı qədim yaşayış məskənləri və şəhər mədəniyyətinə aid nümunələr tapılıb

Ağcabədidə arxeoloji qazıntılar zamanı qədim yaşayış məskənləri və şəhər mədəniyyətinə aid nümunələr tapılıb
# 15 avqust 2012 11:59 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonu ərazisində geniş arxeoloji qazıntılar aparılır. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisindən keçən Qarqar çayı və Gavur arxı deyilən su hövzələrinin kəsişdiyi ərazidə aparılan qazıntılar zamanı antik dövrə və orta əsrlərə aid yaşayış məskəninin qalıqları aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl Tədqiqatı Şöbəsinin müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, Qafqaz Albaniyasının ilk və ən böyük şəhərlərindən hesab edilən Qalatəpə qədim yaşayış məskənində son illər aparılan tədqiqatlar nəticəsində 26 hektarlıq ərazidə çoxlu sayda tarixi abidə nümunələri aşkarlanıb. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil olub. Təvəkkül Əliyevin sözlərinə görə, iki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka.
Daha bir arxeoloji qazıntı Ağcabədi rayonunun Aran kəndi yaxınlığında almaniyalı arxeoloqlar tərəfindən aparılır. Burada qədim şəhər divarları, yaşayış məskənlərinin nümunələri tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR