«ABB-Moskva» Rusiya Fond Bazarı İştirakçıları Milli Assosiasiyasına üzv olub
13 avqust 2012 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı Rusiya Fond Bazarı İştirakçıları Milli Assosiasiyasına üzv olub.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İnvestisiya və fərdi kapitalla iş üzrə İdarənin rəisi, «Prestige Club»un rəhbəri Fəqan Nağıyev Bankın Assosiasiyaya daxil olmasını «Investment Banking» sahəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirib.
F.Nağıyev bildirib ki, Assosiasiyanın vəzifəsi fond bazarı iştirakçılarının peşəkar fəaliyyəti üçün şəraitin yaradılması, hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, qiymətli kağızlar üzrə əməliyyatlara dair qayda və standartların qəbul edilməsi, investorların maraqlarının müdafiəsindən ibarətdir.
Qeyd edək ki, hazırda Assosiasiyanın 283 üzvü var.

Maliyyə
PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya
18:37
21 may 2024
Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb
14:50
21 may 2024
COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir
12:57
21 may 2024
"PSG Finans"ın rəhbər şəxsi cərimələnib
11:32
21 may 2024