«Suriyanın Dostları» müxalif Milli Şuranı ölkədə legitim hakimiyyət kimi tanıyıb

«Suriyanın Dostları» müxalif Milli Şuranı ölkədə legitim hakimiyyət kimi tanıyıb
# 25 fevral 2012 08:44 (UTC +04:00)
APA-nın «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, bundan öncə isə Suriya müxalifəti bu ölkənin xalqının BMT-dəki legitim təmsilçisi kimi tanınıb.

Ötən gün Tunisdə «Suriya Dostları»nın toplantısı keçirilib. Bu təşkilata Suriyada hakimiyyətin dəyişdirilməsi lehinə çıxış edən 60-dan artıq dövlətin nümayəndələri üzv olub. Görüşün yekununda Suriyadakı böhranın həlli məqsədi ilə tədbirlər planını əks etdirən qətnamə qəbul olunub. Belə ki, Qrup üzvləri rəsmi Dəməşqə qarşı yeni siyasi və iqtisadi sanksiyaların tətbiqini təklif edir. Bura prezident Bəşər Əsəd rejiminin yüksək rütbəli təmsilçilərinin səyahətlərinə qadağanın qoyulması, habelə onların xarici banklardakı hesablarının dondurulması ilə bağlı təkliflər daxildir.

«Suriyanın Dostları» prezident Əsədi insanlığa qarşı cinayətlərin törədilməsinə suçlayır və onu istefa verməyə, həmçinin ölkənin bəzi bölgələrində yaranmış humanitar böhranla bağlı beynəlxalq humanitar təşkilatların nümayəndələrini ölkəyə buraxmağa çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR