Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 27 iyun 2012 13:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə bu gün günorta saatlarında paytaxtın Babək prospektində qeydə alınıb. Bakı şəhər sakini Yunis Rüstəmov idarə etdiyi “VAZ-21074” markalı maşınla yolu keçmək istəyən 39 yaşlı Əfqan Abbasovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR