MTRŞ “Space” kanalını inzibati məsuliyyətdən azad edib

MTRŞ “Space” kanalını inzibati məsuliyyətdən azad edib
# 07 may 2012 13:49 (UTC +04:00)
Şuradan APA-ya verilən xəbərə görə, iclasda “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

İclasda həmçinin “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən MTRŞ-nın 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq “Space” Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti MTRŞ-nın qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR