Dünyanın ən iri spirtli içki satıcılarından biri Azərbaycanda tərəfdaş axtarır

Dünyanın ən iri spirtli içki satıcılarından biri Azərbaycanda tərəfdaş axtarır
# 22 may 2012 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Spirtli içkilərin ən böyük beynəlxalq topdan satıcılarından biri olan «Van Caem International» (VCI) Azərbaycan şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, VCI şirkəti yalnız «Diageo», «Pernod-Richard», «Bacardi», «Brown-Forman» və sair məşhur brend sahiblərinin içkilərinin ticarəti ilə məşğuldur. Şirkətin satdığı ərzaqların siyahısına 2 mindən çox əmtəə daxildir. Şirkət Azərbaycanda spirtli içkilərin idxalı/ixracı və ya paylanması ilə məşğul olan şirkətlərlə (iri topdan satıcılar, «Duty Free» mağazaları və ya supermarketlər) əməkdaşlıq əlaqələri qurmaq istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR