Ötən ay Azərbaycan dövlət sərhədindən yüz kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Ötən ay Azərbaycan dövlət sərhədindən yüz kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
# 06 sentyabr 2012 12:43 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, bundan əlavə “Xaş-xaş - 2012” şərti adı altında keçirilən tədbirlər nəticəsində avqust ayının 14-də Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 1270 kiloqram olan 1850 ədəd çətənə kolu aşkar edilərək yerli icra hakimiyyətinin , hüquq-mühafizə, bələdiyyə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində isə 61 halda ümumi dəyəri təqribən 410 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tapança, 8 ədəd 9 mm-lik patron, 20 kiloqram qırma, 25 ədəd 16 mm-lik giliz, 100 ədəd giliz tıxacı, 1 ədəd mina axtaran cihaz, 2262 ədəd mobil telefon, 2336 ədəd mobil telefon aksesuarları, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR