Yunusbek Yevkurov: “İnquşetiya ilə Çeçenistan arasında sərhədlərə yenidən baxmaq cəhdi münaqişəyə səbəb ola bilər”

Yunusbek Yevkurov: “İnquşetiya ilə Çeçenistan arasında sərhədlərə yenidən baxmaq cəhdi münaqişəyə səbəb ola bilər”
# 28 avqust 2012 13:33 (UTC +04:00)
Bakı – APA. “İnquşetiya ilə Çeçenistan arasında sərhədlər çoxdan formalaşıb və ona yenidən baxmaq cəhdi münaqişəyə səbəb ola bilər”. APA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov öz bloqunda Çeçenistan rəhbərliyi tərəfindən inzibati sərhədlər mövzusunun qaldırılmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Çeçenistan prezidenti Ramzan Kadırov İnquşetiyanı çeçen torpaqlarına qəsd etməkdə günahlandırıb və bu məsələni federal səviyyədə qaldıracağını bildirib. Çeçenistan parlamentində isə iki respublika arasında inzibati sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ikitərəfli komissiya yaradılması təklif olunub.

Qeyd edək ki, SSRİ dövründə mövcud olmuş Çeçen-İnquş Muxtar Respublikası 1992-ci ildə iki yerə bölünüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR