Azərbaycanda fermerlərə verilən subsidiyalar artırılacaq

Azərbaycanda fermerlərə verilən subsidiyalar artırılacaq
# 17 aprel 2012 15:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda kənd təsərrüfatına subsidiyaların artırılması ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu il aqrar sahəyə ayrılan subsidiyaların məbləği 10-15% artırıla bilər. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov bildirib.

Onun sözlərinə görə, bəzi sahələrə, o cümlədən buğda istehsalçılarına verilən subsidiyaların məbləği artırıla bilər. Eyni zamanda subsidiyaların təkmilləşdirilməsi də gözlənilir. Belə ki, subsidiyaların verilməsi kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün stimullaşdırıcı tədbir kimi də tətbiq edilə bilər. Başqa sözlə, təkmilləşdirmə nəticəsində kooperativ üzvü olan fermerlərə adi sahibkarlardan daha böyük məbləğli subsidiyalar təklif oluna bilər: «Məsələn, hazırda buğda istehsalçıları 1 hektar sahə üçün 80 manat subsidiya alırsa, kooperasiya üzvləri üçün bu rəqəm 100-120 manata qaldırıla bilər ki, onlar kooperasiya yaratmaqda maraqlı olsunlar».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR