Bakı-Qazax yolunda maşın yoldan çıxaraq aşıb, sürücü dünyasını dəyişib

Bakı-Qazax yolunda maşın yoldan çıxaraq aşıb, sürücü dünyasını dəyişib
# 16 iyul 2012 09:46 (UTC +04:00)
Yevlax. Elvin Yaqubov-APA. Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 16-da gecə saat 3:00 radələrində Bakı-Qazax avtomobil yolunun 294-cü kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü l təvəllüdlü Cahangirov Anar Rafiq oğlu “9594İY” tranzit nömrə nişanlı “Opel Astra” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü A. Cahangirov Yevlax Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR