Rusiyada ictimai televiziya yaradılacaq

Rusiyada ictimai televiziya yaradılacaq
# 17 aprel 2012 14:03 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev ölkədə ictimai televiziyanın yaradılması haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev yeni televiziyanın 2013-cü il yanvarın 1-də fəaliyyətə başlayacağını və ölkənin bütün ərazisində yayımlanacağını açıqlayıb. Televiziya ilkin mərhələdə dövlət büdcəsindən kredit sxemi üzrə maliyyələşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR