“Haaretz”: İranın nüvə başlıqları istehsal etmək üçün xeyli irəliləyişə nail olduğunu göstərən kəşfiyyat məlumatları var

“Haaretz”: İranın nüvə başlıqları istehsal etmək üçün xeyli irəliləyişə nail olduğunu göstərən kəşfiyyat məlumatları var
# 13 avqust 2012 11:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran nüvə silahı istehsal etmək üçün bir sıra addımlar atıb və məsələ ilə bağlı ABŞ rəhbərliyi kəşfiyyat orqanları tərəfindən xəbərdar edilib”. APA-nın məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb. Xəbərdə bildirilir ki, ABŞ, İsrail və Qərb kəşfiyyat orqanları tərəfindən əldə olunmuş məlumatlar İranın nüvə başlıqları istehsal etmək üçün xeyli irəliləyişə nail olduğunu göstərir: “İran əldə etdiyi irəliləyiş sayəsində 1500 km mənzilli “Şahab 3” raketlərinə yaxında nüvə başlıqları taxa biləcək. Bununla bağlı ötən həftə ABŞ prezidenti Barak Obamaya kəşfiyyat məlumatı təqdim olunub. İsrailin müdafiə naziri Ehud Barak da bu kəşfiyyat hesabatını təsdiqləyib və gələn kəşfiyyatların İrana qarşı hərəkətə keçməyi daha da təcili hala gətirdiyini bildirib. Ancaq Ağ Evdən bu iddialara qarşı hələlik heç bir açıqlama gəlməyib. Lakin bu həftə ABŞ rəhbərliyinin Pekin, Moskva və Londona İranın nüvə proqramını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcəyi vurğulanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR