ARDNŞ: Ləğv olunan struktur vahidlərinin işçiləri alternativ işlə təmin olunacaq

ARDNŞ: Ləğv olunan struktur vahidlərinin işçiləri alternativ işlə təmin olunacaq
# 13 avqust 2012 13:53 (UTC +04:00)
Proses nəticəsində ixtisara düşən işçilərə isə vakant iş yerləri təklif olunur və onların hamısının yaxın bir ay ərzində alternativ işlə təmin olunması planlaşdırılır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dan bildirilib ki, alternativ iş yerləri Neft Şirkətinin müxtəlif bölmələri üzrə, o cümlədən «Azəriqaz» İstehsalat Birliyi üzrə təklif olunur: «Belə ki, hazırda təkcə İstehsalat Birliyində 600-dən artıq vakant iş yeri mövcuddur».

Bu günlərdə «Abşeron» Qazma işləri İdarəsinə birləşdirilən «Qobustan» Kəşfiyyat Qazma İşləri İdarəsinin 200-dən çox işçisi də vakant iş yerləri ilə təmin olunacaq. «Artıq ilk 50 nəfər işçi vakant iş yerlərinin təklif olunması üçün «Azəriqaz»a dəvət edilib. Ümumiyyətlə, işçilərin vakant iş yerləri ilə təmin olunması prosesinin bir ay ərzində tam başa çatdırılması nəzərdə tutulub. Bütün işçilərin alternativ işlə təmin edilməsi planlaşdırılır», - deyə ARDNŞ-dan bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR