Bakıda Raxmaninovun “Aleko” operası səhnəyə qoyulacaq

Bakıda Raxmaninovun “Aleko” operası səhnəyə qoyulacaq
# 10 sentyabr 2012 14:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun məşhur “Aleko” operasının quruluşu üzərində iş başlayıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyakdır.

N. Tretyak teatr rəhbərliyinin dəvəti ilə Bakıya gəlib və artıq tamaşanın quruluşu üzərində çalışır. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovdur. Tamaşada teatrın əsas solistlərindən əməkdar artistlər Əli Əsgərov, Əvəz Abdullayev, Zemfira İsmayılova, həmçinin gənc və istedadlı vokalçılar İlahə Əfəndiyeva, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Vahabzadə iştirak edəcəklər. Tamaşanın premyerası noyabrın sonu üçün nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR