Rusiya İrana xəbərdarlıq edib
10 avqust 2012 14:57 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya İrana xəbərdarlıq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya tərəfi İrandan satmaqdan imtina etdiyi “S-300” zenit-raket kompleksləri ilə bağlı beynəlxalq məhkəmədə qaldırdığı iddiasını geri götürmədiyi təqdirdə İranın nüvə problemi ilə bağlı mövqeyini dəyişəcəyini bildirib.
Qeyd edək ki, Cenevrə məhkəməsi Rusiyaya 3 milyard dollar məbləğində pul cəzası kəsib. İran hökuməti isə yalnız 900 milyon dollar təzminat istəyir. İran Rusiyanın S-300 zenit-raket komplekslərini onlara təslim edəcəyi təqdirdə iddialarından vaz keçəcəklərini bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç İrandan beynəlxalq məhkəmədə qaldırdığı iddiasını geri götürməsini istəyib. O bildirib ki, məsələ ikitərəfli razılaşma yolu ilə həll oluna bilər.
Onu da qeyd edək ki, İrana 800 milyon dollarlıq “S-300” zenit-raket kompleksinin satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da, Tehran həmin sistemi ala bilməyib. Rusiya prezidenti 2010-cu il sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub. Müqavilənin pozulmasından narazı qalan İranın Müdafiə Nazirliyi və “Aerospace İndustries Organisation” şirkəti Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə üz tutaraq Rusiyadan 4 milyard ABŞ dolları təzminat istəyib.

Asiya
Reuters: Helikopter qəzasından sonra Rəisi və xarici işlər nazirinin həyatı risk altındadır
19:24
19 may 2024
İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - VİDEO - YENİLƏNİB-5
19:06
19 may 2024
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:10
19 may 2024
Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib
11:40
19 may 2024