Avropa Komissiyası 1 milyard avroluq əməkdaşlıq layihələrini təsdiqləyib

Avropa Komissiyası 1 milyard avroluq əməkdaşlıq layihələrini təsdiqləyib
# 07 yanvar 2016 12:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Komissiyası Avropa İttifaqının sərhədlərindən kənarda sosial və iqtisadi inkişafın dəstəklənməsi üçün ümumi dəyəri 1 milyard avro olan əməkdaşlıq layihələrini təsdiqləyib.

APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han bu addımın qonşularda davamlı inkişafa və əməkdaşlığa yol açacağını bildirib.

Qeyd edək ki, bu cür əməkdaşlıq layihələri Avropa İttifaqının qonşularına yönəlmiş siyasətinin vacib elementidir. Avropa İttifaqı sərhədlərindən kənarda davamlı inkişafın dəstəklənməsi ilə bağlı layihələri prioritet olaraq götürür.

Yeni paket 27 ölkədə həyata keçiriləcək layihələri maliyyələşdirəcək. Azərbaycanı və Belarusu çıxmaq şərtilə digər "Şərq tərəfdaşlığı" ölkələri, Rusiya, Misir, İsrail, İordaniya, Livan, Fələstin, Tunis, Aİ-yə üzv ölkələrdən Bolqarıstan, Kipr, Finlandiya, Yunanıstan, İtaliya, Latviya və digərləri daxildir.

Maliyyələşdirmə Avropa Regional İnkişaf Fondu tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR