Tovuz rayonunda quldurluq edən şəxslər saxlanılıb

Tovuz rayonunda quldurluq edən şəxslər saxlanılıb
# 20 yanvar 2016 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tovuz rayonunda quldurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də Tovuz rayonunda yerləşən Qovlar dəmir yolu stansiyasında şəxsiyyəti məlum olmayan 3 nəfər, Hacıqabul rayon sakini Şirinbala Əliyevə zor tətbiq edərək 227 manatını və mobil telefonunu alıblar.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Valeh Qafarov və Elşən Alıyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR