Nazir müavini: “Xaricdən gələn həkimlər bəzi hallarda icazəsiz fəaliyyət göstərirlər”

Nazir müavini: “Xaricdən gələn həkimlər bəzi hallarda icazəsiz fəaliyyət göstərirlər”
# 19 sentyabr 2016 11:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər: “Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR