Təlimə çağırılan ehtiyatda olan zabit və əsgərlərə hansı geyim və ləvazimatların veriləcəyi açıqlanıb

Təlimə çağırılan ehtiyatda olan zabit və əsgərlərə hansı geyim və ləvazimatların veriləcəyi açıqlanıb
# 28 may 2016 09:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda təlim toplanışına çağırılmış ehtiyatda olan zabit və əsgərlərin hərbi geyim və ləvazimatlarla təmin edilməsi norması müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nda əksini tapıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (Hərbi Dəniz Qüvvələrindən başqa) təlim toplanışına çağırılmış ehtiyatda olan zabit, gizir, çavuş və əsgərlərinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsinə dair normaya əsasən onlara yaxası boğazacan yarımyun köynək (1 ədəd 3 il), kamuflyaj rəngli istiləşdirilmiş qış gödəkcəsi (1 ədəd 2 il), kamuflyaj rəngli yay səhra furajkası (1 ədəd 1 il isti iqlimli rayonlarda yerləşən hərbi hissələrdə əvəzinə kamuflyaj rəngli panama verilə bilər), kamuflyaj rəngli yay səhra kostyumu (1 dəst 1 il), kamuflyaj rəngli qış səhra furajkası (1 ədəd 2 il), kamuflyaj rəngli qış səhra kostyumu (1 dəst 2 il), qara rəngli əlcək (1 cüt 2 il), ayaqqabı, uzunboğaz botinka (1 cüt 1 il), hamam başmağı (1 cüt 2 il), kazarma başmağı (1 cüt 2 il), dəyişək paltar, alt tumanı və köynəyi (2 dəst 1 il, əvəzinə zeytun rəngli mayka və qısa alt tumanı verilə bilər), qara rəngli iplik corab (2 cüt 1 ay), xovlu hamam dəsmalı (1 ədəd 2 il), ayaq dəsmalı (1 ədəd 1 il), xovlu əl-üz dəsmalı (1 ədəd 1 il) veriləcək. Ləvazimatlara gəlincə, təlim toplanışına çağırılmış ehtiyatda olan zabit, gizir, çavuş və əsgərlərə bel kəməri (1 ədəd 6 il), şalvar qayışı (1 ədəd 6 il) veriləcək.

Bu norma ilə yoxlama toplanışına çağırılmış hərbi qulluqçular, təlim toplanışına (təcrübə keçməyə) göndərilmiş ali məktəb tələbələri də təmin olunurlar. Ehtiyatda olan zabitlərə, gizirlərə və ali məktəb tələbələrinə birinci kateqoriyalı hərbi geyim, dəyişək paltar, ayaqqabı verilir. Sonra həmin əşyalar ehtiyatdan toplanışa çağırılmış çavuşların və əsgərlərin təchizatı üçün istifadə olunur. Bu normada əşyaların geyilmə müddəti birinci kateqoriyalı əşyaların verilmə müddətində göstərilib və əşyaların faktiki olaraq geyilməsindən asılıdır.

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin təlim toplanışına çağırılmış ehtiyatda olan zabit, miçman və gizirlərinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsinə dair normaya əsasən onlara ağ rəngli furajka (1 ədəd 2 il), qara rəngli xəzdən qulaqlı papaq (1 ədəd 4 il), qara rəngli qış paltosu (1 ədəd 4 il), qara rəngli tujurka və şalvar (1 dəst 2 il), ayaqqabı, qara rəngli yay tuflisi (1 cüt 2 il), hamam başmağı (1 cüt 2 il), kazarma başmağı (1 cüt 2 il), dəyişək paltar, ağ rəngli uzunqol köynək (2 ədəd 1 il) qara rəngli qalstuk (1 ədəd 1 il), qara rəngli şərf (1 ədəd 3 il), uzunqol dənizçi köynəyi və alt tumanı (2 dəst 1 il əvəzinə dənizçi maykası və qısa alt tumanı verilə bilər), xovlu hamam dəsmalı (1 ədəd 2 il), ayaq dəsmalı (1 ədəd 1 il), xovlu əl-üz dəsmalı (1 ədəd 1 il), qara rəngli iplik corab (2 cüt 1 ay) veriləcək. Təlim toplanışına çağırılmış ehtiyatda olan zabit, miçman və gizirlərə veriləcək ləvazimata gəlincə, bura qara rəngli şalvar qayışı (1 ədəd 6 il) daxildir. Yoxlama toplanışına çağırılmış zabitlər, miçmanlar, gizirlər və zabit rütbəsi olan təhsil toplanışına göndərilmiş ali məktəb tələbələri də bu norma ilə təmin olunurlar. Əşyaların geyilmə müddəti birinci kateqoriyalı əşyaların verilmə müddətindən və əşyaların faktiki olaraq istifadəyə verilmə müddətindən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR