Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində Norveçi məğlub edib

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində Norveçi məğlub edib
# 08 oktyabr 2016 19:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 12-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.

Ev oyunundakı 3 xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib. Yığmamızın turu zirvədə bitirməsi üçün Almaniya millisi Çexiya qarşısında xal itirməlidir.

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

C qrupu

II tur

8 oktyabr

Azərbaycan - Norveç - 1:0

Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

1

Azərbaycan

2

2

0

0

2-0

6

2

Almaniya

1

1

0

0

3-0

3

3

Çexiya

1

0

1

0

0-0

1

4

Ş.İrlandiya

1

0

1

0

0-0

1

5

San-Marino

1

0

0

1

0-1

0

6

Norveç

2

0

0

2

0-4

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR