Mariya Zaxarova: “Tərəfləri danışıqlar masasına qaytarmağın mümkün olub-olmaması müzakirə mövzusu olmamalıdır”

Mariya Zaxarova: “Tərəfləri danışıqlar masasına qaytarmağın mümkün olub-olmaması müzakirə mövzusu olmamalıdır”
# 06 aprel 2016 13:10 (UTC +04:00)

Bakı. Fərid Əkbərov - APA. “Tərəfləri danışıqlar masasına qaytarmağın mümkün olub-olmaması müzakirə mövzusu olmamalıdır. Onların danışıqlar masasına qaytarılmasının mümkünlüyünü şübhə altına almağa imkan versək, bu təhlükəli məntiq sülh nizamlanmasını istəməyənləri ürəkləndirə bilər”.


APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


“Biz tərəflərin istəyini bilirik. Uzun illər onlar addım-addım vəziyyəti nizamlanmaya gətirməyə çalışıblar. Bəzən anlaşmanın bir addımlığında olsalar da, təəssüf ki, sonra proses uzanırdı. Biz hər zaman prosesin baş tutacağına inanırıq. Digər variantımız yoxdur. Hazırda kiminsə bu perspektivi şübhə altına almağa imkan verə biləcək fikir səsləndirmək təhlükəlidir. Bizim rolumuz barədə bu günlərdə yetərincə danışmışam. Bu, həm Minsk qrupu həmsədrinin rolu, həm də konstruktiv roldur, habelə mövcud vəziyyətin nizamlanması və təxribatların qarşısının alınması ilə bağlı olan bütün fikirlərimiz, düşüncələrimiz, səylərimiz və ideyalarımızdır”, - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR