Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir, bir nəfər itkin düşüb - YENİLƏNİB-3

Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir, bir nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB-3
# 23 aprel 2016 13:09 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya bayrağı altında üzən gəmidə baş verən yanğınla bağlı birgə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub.

Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Hazırda FHN-in “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

***

saat 13.18

Bakı - APA. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır.

Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib.

SAAT 12:21

Bakı - APA. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

Hadisə nəticəsində bir nəfər vəfat edib.

SAAT 11:59

Bakı - APA. Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi öz mənbələrinə istinadən xəbər verir.

Agentliyin xəbərinə görə, hadisə baş verən zaman tankerin göyərtəsində 11 nəfər olub: "Hadisə nəticəsində bir nəfər ölüb, göyərtədə olan digər 10 nəfər təxliyə olunub".

Bildirilir ki, hadisə baş verən an tankerdə neft məhsulları olmayıb.

***

saat 11:16

Bakı - APA. Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR