Bakıda iki yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakıda iki yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
# 25 aprel 2016 16:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rənglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, işlər aprelin 26-da səhər saat 10:00-dan başlanacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adı çəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR