Hacıqabulda ev yanıb, bir nəfər ağır yanıq xəsarətləri alıb

Hacıqabulda ev yanıb, bir nəfər ağır yanıq xəsarətləri alıb
# 14 mart 2016 22:18 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 136 ünvanında yerləşən fərdi yaşayış evində 00.45 radələrində yanğın hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyi Hacıqabul yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğın nəticəsində evin sakini 1944-cü il təvəllüdlü Ağamalıyev Malik Sərdar oğlu ağır yanıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR