Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində mükafatlandırılıb

Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində mükafatlandırılıb
# 13 iyun 2016 12:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Seulda keçirilən “KOTFA” beynəlxalq turizm sərgisində mükafatlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan “Ən yaxşı turizm nəşrləri” mükafatına layiq görülüb.

Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil ediblər.

Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən və 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.

Tədbirdə eyni zamanda Azərbaycanın turizm potensialının Koreyada daha geniş tanıdılması məqsədilə bir sıra şirkətlərlə görüşlər keçirilib.

Qeyd edək ki, Cənub-Şərqi Asiya regionunun ən böyük turizm sərgilərindən olan KOTFA sərgisində Azərbaycan 4-cü dəfədir təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR