Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub, ölən və yaralananlar var

Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub, ölən və yaralananlar var
# 21 sentyabr 2015 19:58 (UTC +04:00)

Bakı-APA. Moqadişoda Somali prezidentinin iqamətgahı qarşısında güclü partlayış baş verib

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 10-dan çoxu yaralanıb.

Hadisə yerində 5 avtomobil yanaraq külə dönüb.

İlkin ehtimala görə, terrorçuların hədəfində partlayışdan bir az əvvəl iqamətgahdan çıxan BMT-nin avtomobil konvoyu olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR