Siyavuş Novruzov: “Siyasi partiyalardan növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciətlər var”

Siyavuş Novruzov: “Siyasi partiyalardan növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciətlər var”
# 13 iyun 2016 14:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “YAP-ın Dialoq Komissiyasına siyasi partiyalar tərəfindən təkliflər daxil olub”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, siyasi partiyalar tərəfindən növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciət var: “Bildiyiniz kimi, YAP-ın Dialoq Komissiyası fəaliyyət göstərir və bu müraciətlər komissiyada araşdırılır. Təkliflərə baxıldıqdan sonra görüşlə bağlı qərar veriləcək”.

Xatırladaq ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə iqtidar-müxalifət görüşü indiyədək 3 dəfə baş tutub. Sonuncu görüş ötən ilin mayın 15-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR