Şəhid gizirin təltif olunduğu medal Neftçalada ailəsinə təqdim edilib

Şəhid gizirin təltif olunduğu medal Neftçalada ailəsinə təqdim edilib
# 13 may 2016 15:18 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri Səfərov Elimdar Səlimxan oğlunun ölümündən sonra təltif edildiyi medal ailəsinə təqdim olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Neftçala rayonunda cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Elimdar Səfərovun 40 mərasimi keçirilib. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin anasına təqdim edilib.

Mərasimdə iştirak edənlər 22 yaşlı şəhid gizir Elimdar Səfərovun keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhid doğulduğu Neftçala rayonunun Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR