Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 22% azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 22% azalıb
# 09 oktyabr 2017 15:40 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2017-ci ilin sentyabrın 1-nə 12 376,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 4 463,1 mln. manat və ya 26,5% azdır.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 923 mln. manat və ya ümumi həcminin 39,8%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 349,7 mln. manat və ya 21,52% azdır.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17%-lik payla “Ticarət və xidmət”, 8,6%-lik payla nəqliyyat və rabitə, 5,2%-lik payla sənaye və istehsal, 4,4%-lik payla “İnşaat və əmlak”, 3,7%-lik payla kənd təsərrüfatı və emal, 3%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR