Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: Bakıda avtoqəzaların sayı azalıb

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: Bakıda avtoqəzaların sayı azalıb
# 20 noyabr 2017 09:12 (UTC +04:00)

“Bu ilin 10 ayında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına nəqliyyat hadisəsi ilə bağlı 1937 müraciət daxil olub”.

APA-nın məlumatına görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunub: “Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzalar azalıb. 2016-cı ilin hesabat dövründə baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 fakt azalma deməkdir. Ötən illə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma nəzərə çarpır. Ötən il avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il həmin rəqəm 39-a düşüb”.

İ. Əliyeva əlavə edib ki, kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-ə enib: “Bayram və istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir. Bu da həmin zaman nəqliyyat vasitələrinin sayının çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR